Valyuta.com

Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib

Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib

Dövlətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan “Sputnik V” vaksininin ilk partiyası bu ölkədən Azərbaycana gətirilib. Bu peyvəndin 40 min dozasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Təyyarəni hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Xələf Xələfov jurnalistlərə açıqlamasında vurğulayıb ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycana gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür: “Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində ölkələrimiz pandemiyaya qarşı mübarizədə müvəffəqiyyət qazanacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, vətəndaşlarımızın sağlamlığına yönəlib”.
Səfir Mixail Boçarnikov “Sputnik V” vaksininin ilk partiyasının xüsusi bir gündə - Pasxa bayramında Bakıya gətirilməsindən məmnun olduğunu ifadə edib: “Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsinə öz töhfəsini verəcək”.
Onun sözlərinə görə, “Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 64 ölkədə qeydiyyatdan keçib: “Rəqəmlər artıq öz sözünü deyir. Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.
Qarşılanma mərasimində çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov qeyd edib ki, pandemiyaya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır: “Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan çox doza peyvənd gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirilib. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq”.
Onun sözlərinə görə, “Sputnik V” yüksək effektliliyə malikdir: “Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova