Valyuta.com

Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalacaq

Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalacaq

Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.
İkinci mərhələdə tibbi cəhətdən yüksək riskli əhali qrupu – tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən azı bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN xidmət, DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, poçt və bank sektorunun birbaşa əhali ilə təmasda olan işçiləri, milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. kimi, cəmiyyətin fəaliyyəti üçün həyati vacib və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışanlar peyvəndlənəcəklər.
Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə üzrə işçi qrupun üzvü Günay Quluzadə vaksinasiya ilə bağlı müsahibəsində deyib.

- COVID-19 peyvəndi hansı şəraitdə saxlanılmalıdır?
- Peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən hazırlanır. Bununla belə, peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Lakin hər bir peyvəndin özünün də saxlanma şərtləri var, saxlama temperaturları fərqlidir. Bəzi COVID-19 peyvəndləri -20°C, bəziləri -70°C saxlanma şərtləri tələb edir.
Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin hazırladığı “CoronaVAC” vaksininin saxlama temperaturu sadədir, onu 2-8°C-də 3 ilə qədər saxlamaq mümkündür. Onun saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək.
“Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Bu üsulla hazırlanan peyvəndlərdə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə yeridilir və bu yolla orqanizm xəstəlikdən immunitet qazanır.
Bu vaksinin yüksək qoruyuculuğu və uğurlu sınaq nəticələri var. “CoronaVAC”ın Türkiyədəki klinik sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib.

- COVID-19-a yoluxub sağalmış insanlara da peyvənd vurulacaqmı?
- Xəstəliyə yoluxub sağalmış insanlarda yaranmış anticisimlər uzun müddət yaşama qabiliyyətinə malik deyil. Bu anticisimlər xəstəliyi keçirən müxtəlif insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immun sistemi yaradacaq. Vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur.

- Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
- Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq.

- Peyvəndləmədən sonra həyat normala dönəcəkmi?
- COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün bir az daha zamana ehtiyac olacaq. Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir prosesdir. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyən müddət riayət etməli olacağıq.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova