Valyuta.com

Tütündən imtina üzrə “Qaynar xətt” yaradılır

Tütündən imtina üzrə “Qaynar xətt” yaradılır

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoymuşdusa, XXI əsrdə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir.
Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə fevralın 1-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər alacaqlar. Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45; e-mail: qaynarxett@isim.az.
Siqareti atmaq istəyənlər həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-dan 14.00-dək zəng edərək, tibbi-psixoloji tövsiyə ala bilərlər.
Qeyd edək ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqareti əsasən öz istəyi ilə yox, tütün məmulatlarındakı nikotindən yaranmış asılılıq səbəbindən çəkirlər.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova