Valyuta.com

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək üzrə Komissiyanın ilk iclası keçirilib

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək üzrə Komissiyanın ilk iclası keçirilib

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid olmuş döyüşçülərin ailələrinə psixoloji dəstək göstərilməsi məqsədilə Səhiyyə Nazirliyində yaradılan Komissiyanın ilk iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan Komissiyanın sədri, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçilərə, qazilərə və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.
Nazir Nazirlər Kabinetinin Qərarına əsasən, hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid olanların ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb. O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib. Nazir bu işə xarici mütəxəssislərin də cəlb olunduğunu bildirib.
İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.
Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanması və qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Qeyd edək ki, Komissiya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid olmuş döyüşçülərin ailələrinə psixoloji yardım göstərilməsi məqsədilə, Nazirlər Kabinetinin Qərarı ilə yaradılıb.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova