Valyuta.com

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlıq geniştərkibli görüşdə müzakirə olunub

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlıq geniştərkibli görüşdə müzakirə olunub

Azərbaycan və Türkiyə arasında mövcud olan geniş əməkdaşlıq təhsil və səhiyyə sahələrini də əhatə edir. İki qardaş ölkənin universitetləri arasında sıx tərəfdaşlıq və faydalı iş birliyi mövcuddur.
Bu barədə iki ölkənin universitet rəhbərləri və diplomatları arasında keçirilən onlayn görüşdə bildirilib.
Azərbaycan Tibb Universitetindən (ATU) verilən məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU-nun və Ankara Universitetinin rəhbər şəxsləri, bir sıra digər Azərbaycan universitetlərinin rəhbərləri iştirak ediblər.
Onlayn müzakirələr zamanı Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar yola saldığımız bu ildə bəzi Azərbaycan universitetləri ilə sıx əlaqələrin qurulduğunu və onların inkişaf etdirildiyini bildirib. Rektor bunların arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib: "Biz “Bir millət, iki dövlət” kəlmələrini hər anlamda, hərtərəfli yerinə yetiririk. Azərbaycan və Türkiyə daim bir-birinin arxasındadır. Biz də Ankara Universiteti olaraq istərdik ki, işbirliyimiz təhsil sistemində də özünü göstərsin. Ötən ay Azərbaycan Tibb Universiteti, Texniki və İqtisad universitetləri ilə əməkdaşlığı gücləndirmişik”.
N.Ünüvar qeyd edib ki, artıq Azərbaycan universitetlərinin tələbələri üçün Ankara Universitetinin dərslərini onlayn şəkildə izləmək imkanı yaradılıb. Hər iki tərəf prosesin gedişindən və əldə olunan nəticələrdən çox razıdır. Azərbaycan Tibb Universitetindən 139 tələbə bu onlayn dərslərə qoşulur.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli də Ankara Universiteti ilə əməkdaşlığı yüksək səviyyədə qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq bir aydan bir qədər artıq müddəti əhatə etsə də, əhəmiyyətli nəticələr əldə olunub: “Tələbələrimiz böyük həvəslə Ankara Universitetinin onlayn dərslərində iştirak edirlər, dərslərin təşkilindən və gedişindən çox razılıq edirlər. Hələlik bu il yalnız I kursları ortaq onlayn dərslərə cəlb etmişik. Lakin əldə olunan müsbət təcrübə onu göstərir ki, bu yeniliyi digər kurslarda da tətbiq edə bilərik”.
Rektor həmçinin əməkdaşlığın başlandığı qısa müddət ərzində görülən işlər və gələcək planlar haqqında görüş iştirakçılarına məlumat verib. Bildirib ki, rektorlar arasında ilk görüşdən sonra əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə işçi qrup yaradılıb. Tələbələrimizin Ankara Universitetinin 4 ixtisas – tibb, stomatologiya, tibb bacısı və sağlıq elmləri ixtisasları üzrə onlayn dərslərinə qoşulmasına dair razılıq əldə olunub. Qarşıda isə yeni hədəflər var: “Azərbaycan Prezidentinin imzaladığı Dövlət Proqramında ölkəmizdə tibb təhsilinin beynəlxalq səviyyəyə qaldırılması nəzərdə tutulur. Bu baxımdan, Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair fikirlərimiz də var”.
G.Gəraybəyli hər kəsi Azərbaycan ordusunun əldə etdiyi zəfər münasibətilə təbrik edərək, bu çətin dövrdə qardaş Türkiyənin güclü dəstəyinə görə bir daha türkiyəli görüş iştirakçılarına təşəkkürünü çatdırıb.
Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoral Ankara Universitetinin Türkiyənin aparıcı ali məktəblərindən biri olduğunu qeyd edib. Türkiyə və Azərbaycan universitetləri arasında işbirliyinin əhəmiyyətini vurğulayan E.Özoral gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin, yeni sahələri əhatə etməsinin vacib olduğunu deyib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim hər bir sahədə olduğu kimi, təhsil və səhiyyə sahəsində də iki ölkənin bütün qurumları arasında yüksəksəviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. O, diplomat kimi Türkiyədə xidmət göstərdiyi illər ərzində təhsil sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün işlər görüldüyünü, ilbəil belə tədbirlərin sayının daha da çoxalacağını qeyd edib.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova