Valyuta.com

Avropa İttifaqı və ÜST ölkəmizdə COVID-19-la mübarizəyə dəstək göstərir

Avropa İttifaqı və ÜST ölkəmizdə COVID-19-la mübarizəyə dəstək göstərir

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizə çərçivəsində Azərbaycana dəstək tədbirlərini davam etdirir. Bu mübarizədə koronaviruslu xəstələrin və səhiyyə işçilərinn zəruri tibbi ləvazimatlar və qoruyucu vasitələrlə təminatının əhəmiyyətini nəzərə alaraq, COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskası, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyi Azərbaycan Səhiyyə Nazirliyinə təhvil verilib.
Bu tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Avropa İttifaqının maliyyə yardımı Azərbaycanda ilkin olaraq zəruri ləvazimatların alınması və digər fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə edilib. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.
“Bu gün imzalanma mərasimi ilə Azərbaycana təhvil verdiyimiz fərdi mühafizə vasitələri və tibbi ləvazimatdan ibarət 3-cü və 4-cü yük Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan arasındakı tərəfdaşlıq və komanda işinin növbəti nümunəsidir”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, layihənin hazırkı mərhələsində tibbi ləvazimatların gətirilməsinin davam etdirilməsi ilə bərabər, səhiyyə işçilərinə əlavə təlimlərin keçirilməsinə, ölkənin daha köklü və uzunmüddətli səhiyyə ehtiyaclarının dəstəklənməsinə xüsusi diqqət yetirilir.
“COVID-19 pandemiyasının qarşısının alınması və bəşəriyyətin normal həyata qayıda bilməsi üçün bütün dünyada birgə səylər göstərilir. Həm Avropa İttifaqına, həm də Ümumdünya Səhiyyə Təşkilatına göstərdikləri köməyə görə nazirlik adından təşəkkürümü bildirirəm. Birgə səylər nəticəsində ölkəmizdə koronavirusa qalib gələ bilərik”, - deyə Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov qeyd edib.
Həmçinin eyni gündə COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST adından Azərbaycanın Səhiyyə Nazirliyinə 1 milyon tibbi maska təhvil verilib. Bu, ÜST-nin Azərbaycanda həyata keçirdiyi 2,5 milyon tibbi maskanın səhiyyə qurumları, həmçinin əhalinin həssas qrupları ilə çalışan dövlət institutları və qeyri-hökumət təşkilatlarına paylanması kampaniyasının tərkib hissəsidir.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova