Valyuta.com

“Neonatologiyada yeniliklər-2020” adlı beynəlxalq konqres keçirilib

“Neonatologiyada yeniliklər-2020” adlı beynəlxalq konqres keçirilib

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Komissiyası, Ankara Universiteti və ABŞ-ın Vanderbilt Universitetinin birgə əməkdaşlığı, “Uptodate in Medicine”nın təşkilatı dəstəyi ilə “Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən konqresdə Azərbaycan ekspertləri ilə yanaşı, Türkiyə və ABŞ-ın neonatologiya sahəsində aparıcı mütəxəssisləri də iştirak ediblər.
Canlı vebinar formatında keçirilən beynəlxalq konqresin təşkilində məqsəd ana və uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, mama-ginekoloq, ailə həkimi, terapevt və digər ixtisaslı tibb işçilərinin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin yerli tibb işçilərini müasir beynəlxalq təcrübə ilə tanış etmək idi.
Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov öz çıxışında yenidoğulanların sağlamlığına ölkəmizdə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğulayıb. O, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən, ən müasir müalicə protokollarının adaptasiyadan sonra tətbiqindən danışıb.
Türkiyənin tanınmış neonatoloqu professor Ömer Erdeve konqres zamanı həmkarları ilə birlikdə Türkiyənin təcrübəsini Azərbaycan və ABŞ mütəxəssisləri ilə paylaşmalarının, eyni zamanda, aparılan maraqlı müzakirələrin önəmini vurğulayıb.
Qeyd edək ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 12 DTT kredit balı ilə qiymətləndirilib.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova