Valyuta.com

Yaponiyanın qrant yardımı ilə Şamaxıda yeni tibb məntəqəsi tikiləcək

Yaponiyanın qrant yardımı ilə Şamaxıda yeni tibb məntəqəsi tikiləcək

Yaponiyanın Azərbaycandakı səfirliyində bu ölkənin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində “Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, qrant yardımı müqaviləsini “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və səfir Vada Cüniçi imzalayıblar.
Mərasimdə çıxış edən səfir Vada Cüniçi layihənin həmin bölgənin əhalisinin səhiyyə, təhsil, sosial rifahına və iqtisadi inkişafına töhfə verməsini arzulayıb. Əliməmməd Nuriyev yardıma görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Müqavilədə nəzərdə tutulan yardımın məbləği 55 min ABŞ dolları təşkil edir. Bu layihənin icrası nəticəsində Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yeni kiçik tibb məntəqəsi inşa olunacaq.
Qeyd edək ki, indiyədək “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda 265 layihə həyata keçirilib, onların ümumi dəyəri 22 milyon ABŞ dollarından çox olub. Əhalinin sağlamlığı və həyatının təhlükəsizliyi, minimum həyat standartlarının təmin olunması proqramın əsas prioritetləridir.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova