Valyuta.com

ATU və Ankara Universiteti arasında yeni əməkdaşlıq üzrə işçi qrup yaradılacaq

ATU və Ankara Universiteti arasında yeni əməkdaşlıq üzrə işçi qrup yaradılacaq

“Azərbaycan və bütün Türk dünyası üçün həssas olan bir dönəmdə qardaş Türkiyənin ən qabaqcıl universitetlərindən olan və uzun müddətdir sıx əməkdaşlıq etdiyimiz Ankara Universitetindən dəstək almaq bizi çox təsirləndirir”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Ankara Universiteti ilə birlikdə keçirilən vebinarda bildirib.
O, iki universitet rəhbərliyi arasında keçirilən onlayn görüşdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən ordumuzun apardığı hərbi əməliyyatlar, işğaldan azad edilən ərazilər, Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alması, dinc sakinləri, o cümlədən qadın və uşaqları qətlə yetirməsi haqqında məlumat verib, Azərbaycanın haqq savaşının tezliklə qələbə ilə başa çatacağından əminliyini ifadə edib. Qardaş Türkiyənin və Ankara Universitetinin bu haqlı mübarizəmizdə yanımızda olmasından qürur hissi keçirdiyini deyən G.Gəraybəyli bu dəstəyə görə dərin minnətdarlığını bildirib.
ATU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında son illər aparılan islahatlar, tədris proqramlarının beynəlxalq standartlara və Türkiyə universitetlərinin proqramlarına uyğun olaraq dəyişdirilməsi barədə məlumat verib, Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələr, iş birliyindən gözləntilər barədə də fikirlərini açıqlayıb.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bu təhsil müəssisəsi ilə Ankara Universiteti arasında 2019-cu ildə imzalanmış akademik iş birliyi protokolunun şərtləri barədə danışıb. Qeyd edib ki, protokola müəllim və tələbələrin mübadiləsi, qısa və uzunmüddətli kliniki kursların keçirilməsi və elmi araşdırmaların aparılması kimi bəndlər daxildir. O.İsayev Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsi vacib olan istiqamətlər haqqında da fikirlərini bölüşüb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sahəsində də əməkdaşlıq edilməsinin vacib olduğunu vurğulayıb.
Prorektor qeyd edib ki, hazırda ATU-da 717 Türkiyə vətəndaşı təhsil alır. Onlardan 410 nəfəri tibb ixtisası üzrə, 173 nəfəri stomatologiya, 134 nəfəri əczaçılıq ixtisası üzrə, 21 nəfəri isə rezidentura pilləsində təhsilini davam etdirir.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Ankara Universiteti olaraq daim Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. Qeyd edib ki, Tibb Universiteti ilə Ankara Universiteti arasında əməkdaşlığı bir çox istiqamətlərdə möhkəmləndirmək olar. Bunların sırasında əczaçılıq ixtisası üzrə qarşılıqlı işlər görülə biləcəyi vurğulanıb. Professor ATU-da tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının gələcəkdə ikili diplom məsələsinin həllinə kömək edəcəyini bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb. O, ATU-nun Qazi Universiteti ilə əməkdaşlıq çərçivəsində tibb bacısı ixtisası üzrə kursların təşkil olunduğunu xatırladıb. N.Nəsibova Ankara Universiteti ilə əczaçılıq ixtisası üzrə əməkdaşlığın hər iki ali məktəb üçün əlverişli olacağına inandığını bildirib.
Vebinarda ATU-nun tədris hissə müdiri, dosent Samir Cavadov, Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Ankara Universitetinin rektor köməkçiləri, fakültə dekanları iştirak ediblər.
Görüş iştirakçıları universitetlər arasında yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə işçi qrup yaradılması qərarına gəliblər.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova