Valyuta.com

Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır

Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır

Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.
Bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə üzrə işçi qrupun üzvü Nailə Daşdəmirova məlumat verib. O deyib ki, payız-qış mövsümü kəskin respirator xəstəliklərin yayılmasının artım dövrü, COVID-19 da kəskin respirator virus olduğuna görə, bu artım gözlənilən idi: “Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Doğrudur, onun koronavirusa heç bir təsiri yoxdur. Lakin insan eyni zamanda həm qripə, həm də COVID-19-a yoluxarsa, xəstəliyi ağır keçirir. Buna görə bu peyvəndin edilməsi koronavirus xəstəliyinin gedişatının yüngül keçməsinə kömək edə bilər”.
Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: “Evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Buraya C və D vitaminləri, maqnezium, hərarəti aşağı salmaq üçün parasetamol və digər dərmanlar aiddir. Həkim tərəfindən pasiyentə nəzarət edilir, xəstədə hansı əlamət varsa, ona uyğun müalicə təyin olunur. Yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yoluxanların əksəriyyəti onu yüngül formada keçirirlər. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti fəsadlaşmadan sağalır”.
Bəzən evdə müalicə olunan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. Bununla əlaqədar Nailə Daşdəmirova deyib ki, ümumiyyətlə, virus infeksiyalarında antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur: “Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında fəsadlaşma zamanı istifadə etmək olar. Əgər virusa sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa, onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin isə antibiotikdən istifadə etməsi qəti qadağandır”.
Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ sağalma müddətidir. İşçi qrupun üzvü bildirib ki, əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova