Valyuta.com

Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə kəskin respirator xəstəliklərlə bağlı mövcud durumla əlaqədar əhaliyə müraciət edib.
Baş mütəxəssis bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarının mövsümi artımı dövründəyik və bu, müəyyən çətinliklər yaradır: “COVID-19 ilə digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalsınlar və özlərini təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək, düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir.
Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri-mütəxəssislər – başqa ixtisas həkimləri, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar. Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə, onlar bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemini zəiflətməklə zərər vurur. Hormonal preparatlar isə xəstəliyin əlamətlərini təhrif edərək, xəstədə aldadıcı yaxşılaşma təəssüratı yaradır, ağırlaşmalar baş verərsə, çox gec aşkarlanır. Gecikmiş hospitalizasiyanın nəticəsi isə bir çox hallarda faciəvi olur.
Buna görə bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin. Sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin”.
Təyyar Eyvazov deyib ki, ölkəmizdə COVID-19-a yoluxma sayındakı sürətli artım çox böyük narahatlıq doğurur. Sağalanlarla yoluxanlar arasında müsbət dinamikanın pozulması, ölüm sayının çoxluğu da bu sıradadır: “Təəssüf ki, mənfi dinamikanın dayandığını demək olmaz. Daha əvvəl yoluxma hallarının çoxalmağa başladığı ölkələrdə də stabilləşmə yoxdur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. O nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar müşahidə olunacaq, lakin indidən bunun nə vaxt baş verəcəyi barədə proqnoz vermək çətindir. Güman etmək olar ki, noyabrın axırları və dekabrın əvvəllərində bu suala müəyyən qədər aydınlıq gələcək”.
Baş infeksionistin verdiyi məlumata görə, COVID-19-un simptomlarında heç bir dəyişiklik yoxdur: “Ümumiyyətlə, xəstəliyin elə bir tipik simptomu yoxdur ki, buna əsasən yeni koronavirus infeksiyasını təsdiqləmək mümkün olsun. Müəyyən simptomlar qrupu var və onlara da müxtəlif tezlikdə rast gəlinir. Xüsusən xəstəliyin başlanğıcında daha çox qızdırma, ümumi zəiflik, quru öskürək və bir qədər az hallarda boğaz ağrısına rast gəlinir. Lakin bununla yanaşı, digər əlamətlər də var. Məsələn, yoluxanların bir qrupunda kürək ağrıları, iy və dadbilmənin itirilməsi, qrupunda isə ishal və başqa digər əlamətlər müşahidə edilir. Həmin hallar olsa da, daha kiçik və fərqli tezlikdə baş verir. Yəni üç-dörd simptoma daha çox rast gəlinir, digərləri isə yalnız bəzi xəstələrdə olur. İnfeksiyanın gediş xüsusiyyətlərinin dəyişməsi üçün virus kifayət qədər dəyişməli, əsaslı mutasiyaya uğramalıdır. Bu, qısa vaxtda baş verə bilməz. Qrip virusu ilə müqayisədə koronavirus daha davamlıdır. Dəyişiklik üçün ən azı 1-3 il vaxt lazımdır. İnsanlar düşünürlər ki, virus dəyişəcək, digərləri kimi olacaq və artıq buna əhəmiyyət verilməyəcək. Əlbəttə, bunun baş verəcəyi istisna olunmur, çox güman ki, bu baş verəcək. Amma indi yox, bunun üçün hələ çox az vaxt keçib”.
Baş mütəxəssisin sözlərinə görə, koronavirus ev şəraitində bir çox hallarda böyüklərdən uşaqlara keçir: “Qripdən fərqli olaraq, uşaqlar koronavirusa yoluxanda ya simptomsuz, ya da yüngül keçirirlər. Azyaşlı uşaqlar COVID-19 infeksiyasının fəsadlaşmasının risk qrupuna aid deyil. Risk qrupuna yaşlılar və yanaşı xroniki xəstəlikləri olanlar aiddir. Amma qripdə bunun əksinə olaraq 5 yaşadək, xüsusən 1 yaşadək uşaqlar risk qrupuna aiddirlər, onlar qripi daha ağır keçirirlər. Təbii ki, uşaqlar koronavirusa yoluxur və müəyyən dövrdə virusu gəzdirirlər. Yoluxanların sayı çoxdursa, virus daşıyıcılarının başqasına virus ötürmə ehtimalı, az da olsa, reallaşır. Ancaq uşaqlar da koronavirusu ağır keçirə bilər, çünki onların arasında immun çatışmazlığı olan, yanaşı xroniki xəstəlikləri olanlar var. Həmin hallar olduqda azyaşlılarda da böyüklər kimi ağır formalar inkişaf edə bilər. Ümumilikdə isə, belə halların sayı böyüklərlə müqayisədə o qədər də çox deyil”.
Təyyar Eyvazov yoluxmamaq üçün qorunmanın vacibliyi və peyvənd barədə də danışıb: “Nə qədər ki, peyvənd tapılmayıb, maska taxmaq, məsafə saxlamaq, əl gigiyenası və təmasların minimuma endirilməsindən başqa yol yoxdur. Kütləvi peyvənd olunması və ya kollektiv immunitetin formalaşması da infeksiyaya qarşı mübarizə formalarından biridir. Əhalinin yeni koronavirusa qarşı kütləvi peyvənd olunması kollektiv immunitet yaradacaq, bunun nəticəsində xəstəliyə yoluxma sayı idarə olunacaq və yoluxma sayı kifayət qədər aşağı olacaq. Amma bu, yaxın vaxtlarda baş verəcək məsələ deyil, ola bilsin ki, yaydan sonra olacaq. Rusiya, ABŞ və digər ölkələrdə peyvəndlərin kliniki sınaqları aparılır. Lakin həmin sınaqların nəticələrinin öyrənilməsi, peyvəndlərin təsirli və təhlükəsiz olmasının müəyyən edilməsi üçün müəyyən vaxt lazımdır. Ən yaxın müsbət proqnoz ondan ibarətdir ki, gələn ilin payızına qədər, çox güman ki, artıq müəyyən məsələlər həll olunacaq”.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova