Valyuta.com

“COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə”

“COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə”

Bu mövzuda onlayn təlim keçirilib



USAID və UNICEF-in dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə “COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim keçirilib.
Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərin təşkilində məqsəd iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş pasiyentlərin müalicəsinin idarəedilməsi üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, ilkin təlimlər 550 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Növbəti mərhələdə təlimlər daha geniş auditoriyanı əhatə etmək məqsədilə www.ecourses.az onlayn təhsil platformasında davam edib və artıq 4 təlim təşkil olunub. Bu təlimlərdə 400-dən çox tibb işçisi iştirak edib.
Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 DTT kredit balı ilə qiymətləndirilib.
Təlim kursları UNICEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında keçirilir.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova