Valyuta.com

Səhiyyə Nazirliyinin işçi qrupu sahə tibb məntəqələrində üçüncü dəfə monitorinq keçirib

Səhiyyə Nazirliyinin işçi qrupu sahə tibb məntəqələrində üçüncü dəfə monitorinq keçirib

Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu tərəfindən üçüncü dəfə monitorinq həyata keçirilib.
İşçi qrupunun üzvü Nailə Daşdəmirova növbəti onlayn müsahibəsində bildirib ki, oktyabrın 11-də başlayan 3-cü monitorinq oktyabrın 21-də yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərlərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, mütəxəssislər monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün öz fikirlərini bölüşüblər.
Nailə Daşdəmirova xüsusi qeyd edib ki, sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədi daxili iş prosesinin müşahidəsi və yoxlanılması idi: “İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskalardan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib”.
Bundan başqa, işçi qrupunun üzvü bildirib ki, COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması monitorinqin digər bir predmeti idi: “Buraya 814 Çağrı Mərkəzinə və poliklinikalara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlanması və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi kimi məqamlar aiddir”.
N.Daşdəmirovanın sözlərinə görə, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib: “Məntəqələr həftənin 6 günü (bazar günləri istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçi heyəti də cəlb olunub”.
İşçi qrupunun üzvü sahə məntəqələrinin tibbi heyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunması haqqında da məlumat verib: “Sahə tibb məntəqələrinin işçiləri oraya səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndəriliblər. Testlərin nəticələri bir neçə saat ərzində əldə edilir və nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.
Nailə Daşdəmirova müsahibəsinin sonunda sahə tibb məntəqələrinin işində tətbiq olunmuş yeniliklər haqqında da məlumat verib: “Belə ki, 814 Çağrı Mərkəzinə və poliklinikalara daxil olan müraciətlərin əsasında müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvləri müəyyən edilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya olunurlar”.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova