Valyuta.com

ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Qazi Universitetinin rektorlarının iştirakı ilə vebinar keçirilib. Onlayn görüşdə iki ali məktəb arasında əməkdaşlıq, pandemiya dövründə fəaliyyətin əlaqələndirilməsi, qarşılıqlı layihələr barədə fikir mübadiləsi aparılıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi müəssisədə Türkiyədən 775 nəfərin təhsil aldığını bildirib: “Onlardan 754 nəfəri tələbə, 21 nəfəri rezidentdir. Həmçinin universitetimizlə Türkiyənin 23 universiteti arasında anlaşma memorandumu var. Bu sazişlər çərçivəsində bir çox sahələr üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir, birgə işlər görülür”.
G.Gəraybəyli qeyd edib ki, ATU və Qazi Universiteti arasında da anlaşma memorandumu imzalanıb. Yaxın vaxtlarda bu sənədin şərtlərinin yenilənməsi planlaşdırılır. Rektor bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu ilin əvvəlindən başlayan pandemiyaya baxmayaraq, ölkədə ali təhsilin keyfiyyətinin artırılması üçün ciddi işlər görülür. ATU-nun Qazi Universiteti ilə yenidən imzalayacağı memorandum çərçivəsində görüləcək işlər bu proqramın tələblərinə uyğun olacaq.
Qazi Universitetinin rektoru professor Musa Yıldız Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyindən əminliyini bildirib: “Biz istənilən sahə üzrə dəstəyimizi göstərməyə hazırıq. Bildiyimiz qədər, bu il ATU-da ilk dəfə olaraq “tibb bacısı” ixtisası üzrə təhsilə start verilir. Qazi Universitetində artıq neçə illərdir ki, eyni ixtisas üzrə tədris mövcuddur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Bu məqsədlə “tibb bacısı” ixtisası üzrə onlayn dərslərimizdə ATU tələbələrinin iştirakını da təmin edə bilərik”.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ATU-da yeni açılan “tibb bacısı” ixtisası üzrə təhsilin tədrisində Qazi Universitetinin təklif etdiyi proqramı yüksək qiymətləndirib: “Bu, Azərbaycan təhsilində bir ilk olduğuna görə “tibb bacısı” ixtisası üzrə dərslər əsasən həkimlər tərəfindən aparılır. Qazi Universiteti müəllimlərinin bu məsələdə yardımı Azərbaycanda da həmin ixtisas üzrə dərslərin təkmilləşdirilməsi, tələbələrin daha yaxşı qavramasına səbəb olacaq. Yekunda iki universitet arasında ikili diplom proqramını hazırlayıb, təsdiq üçün aidiyyətli orqanlara təqdim etməyi planlaşdırırıq”.
Görüşdə ikili diplom məsələsi, universitetlər arasında virtual əməkdaşlığın gücləndirilməsi, Qazi Universiteti ilə ATU arasında tədris proqramlarının uyğunlaşdırılması üçün müvafiq işlərin görülməsinin vacibliyi barəsində müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova iki ölkə arasında hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova