Valyuta.com

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan genişmiqyaslı hücumun ilk saatlarından etibarən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi heyəti gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, döyüşlərin getdiyi bütün istiqamətlərdə mobil səhra cərrahiyyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə edilərək sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova