Valyuta.com

Heydər Əliyev Fondunun dəstəyi ilə koxlear implantasiya əməliyyatları aparılır

Heydər Əliyev Fondunun dəstəyi ilə koxlear implantasiya əməliyyatları aparılır

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə qüsuru olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.
Layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək. Anadangəlmə və qazanılmış eşitmə qüsurlu, müxtəlif yaş kateqoriyalarından olan bu şəxslərin əksəriyyəti uşaqlardır.
Mürəkkəb tibbi elektron qurğu olan koxlear implant anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.
Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova