Valyuta.com

Xüsusi təhlükəli yoluxucu xəstəliklər üzrə MDB Əlaqələndirmə Şurasının iclası keçirilib

Xüsusi təhlükəli yoluxucu xəstəliklər üzrə MDB Əlaqələndirmə Şurasının iclası keçirilib

Müstəqil Dövlət Birliyi (MDB) İcraiyyə Komitəsinin mətbuat xidməti bildirib ki, birliyin iştirakçısı olan dövlətlərin ərazilərində xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbədənkənar iclası keçirilib.
Şura üzvləri MDB ölkələrində COVID-19 ilə bağlı cari vəziyyəti və yeni koronavirus infeksiyasının yayılmasına nəzarət üzrə epidemiya əleyhinə tədbirlərin tətbiqi praktikasını, habelə MDB-də səhiyyə sahəsində əməkdaşlıq üzrə şuranın bu yaxınlarda keçirilmiş iclasının yekunlarını müzakirə ediblər. Vəziyyət barədə operativ informasiya mübadiləsinin, COVID-19-un epidemiologiyası, laboratoriya şəraitində diaqnostikası, müalicəsi və profilaktikası haqqında yeni elmi məlumatların mübadiləsini davam etdirməyin zəruriliyi vurğulanıb.
Yeni koronavirus infeksiyasına qarşı mübarizədə Birlik ölkələrinə humanitar, peşəkar və elmi dəstək göstərilməsi üzrə Rusiya tərəfinin səyləri, həmçinin “Rospotrebnadzor” və MDB İcraiyyə Komitəsi tərəfindən MDB iştirakçısı olan dövlətlərin ərazilərində infeksion xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planı layihəsinin hazırlanması sahəsində aparılmış iş müsbət qiymətləndirilib.
Birlik ölkələrində payız-qış dövründə COVID-19, mövsümi qrip və kəskin respirator virus xəstəlikləri törədicilərinin eyni vaxtda dövr etməsi şəraitində epidemioloji vəziyyətin mürəkkəbləşməsinə yol verməmək məqsədilə qripə qarşı peyvənd kampaniyası keçirilməsinin vacibliyi qeyd olunub.
Əlaqələndirmə Şurasının sədri V.Kutırevin COVID-19 PREPRINS portalında COVID-19 üzrə tədqiqatların nəticələri barədə informasiya xarakterli məqalələrin yerləşdirilməsi üçün Rusiya prepintlər məkanının istifadə edilməsi barədə təklifi bəyənilib. Qlobal səviyyədə COVID-19-un yayılmasına qarşı mübarizə məsələlərində MDB iştirakçısı olan dövlətlərin və ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin qarşılıqlı fəaliyyətinin vacibliyi qeyd edilib.
Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbəti iclasının 2020-ci ilin sentyabr ayında keçirilməsi və həmin iclasa ÜST-nin Avropa Regional Bürosunun nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova