Valyuta.com

Çinin COVID-19 sahəsində tibbi ekspert qrupu Azərbaycanda olub

Çinin COVID-19 sahəsində tibbi ekspert qrupu Azərbaycanda olub

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.
İki ölkənin hökumətləri arasında əldə olunmuş razılığa əsasən, Çinin Siçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərindən Azərbaycana gələn 10 tibb mütəxəssisi 15 gün müddətində azərbaycanlı həmkarları ilə birgə təcrübə mübadiləsi aparıblar. Dünyanın ən böyük səhiyyə ocaqlarından biri olan Qərbi Çin hospitalının əməkdaşlarından ibarət qrupun üzvləri Uhan, Pekin və Çenduda pandemiya ilə mübarizə sahəsində böyük təcrübə toplamış şəxslərdir.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Min jurnalistlərə müsahibəsində bildirib ki, hər zaman olduğu kimi, pandemiya ilə mübarizədə də Çin və Azərbaycan bir-birlərinə dəstək verirlər, qarşılıqlı olaraq mənəvi və maddi yardım göstərirlər. Bütün bunlar iki ölkə arasındakı qarşılıqlı yüksək siyasi etimadı və dərin ənənəvi dostluğu nümayiş etdirir: “İnanıram ki, bu təcrübə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın dərinləşməsinə töhfəsini verəcək. Əminəm ki, Azərbaycan ən qısa zamanda pandemiyaya qalib gələcək”.
Səfər çərçivəsində briqada pandemiyaya qarşı mübarizədə Çinin təcrübəsini bölüşüb. Çin tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı mübarizəyə dair müzakirələr aparıblar. Müalicə və profilaktika sahələri üzrə mütəxəssislərin olduğu heyət müalicə protokolları üzərində iş zamanı Azərbaycan tərəfə yardım edib. Eyni zamanda, xəstəliyin laborator diaqnostikası, seroloji skrininq, dərman müalicəsi ilə bağlı protokollar müzakirə olunub. Çinli mütəxəssislər pandemiyanın qarşısının alınması üçün xəstəliyə yoluxmuş şəxslərin və onlarla təmasda olanların müəyyən edilməsi istiqamətində öz ölkələrinin təcrübəsini bizim müvafiq qurumlarla paylaşıblar.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova