Valyuta.com

ÜST: COVID-19-a təkrar yoluxma ehtimalı çox azdır

ÜST: COVID-19-a təkrar yoluxma ehtimalı çox azdır

Yeni koronavirusa təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bu fikri Honkonqda COVID-19-a təsdiqlənmiş təkrar yoluxma hadisəsi barədə xəbəri şərh edərkən söyləyib.
Avqustun sonlarında dünya mətbuatı pandemiya başlanandan bəri elmi cəhətdən təsdiqlənmiş ilk təkrar yoluxma faktı barədə məlumat yayıb. Bundan əvvəl COVID-19-a yoluxan şəxs xarici səfərdən qayıtdıqdan sonra onda koronavirusun başqa ştammı aşkarlanıb.
ÜST-nin nümayəndəsi Marqaret Harris Cenevrədə brifinqdə çıxış edərək, vəziyyəti şişirtməməyə çağırıb. Onun sözlərinə görə, yadda saxlamaq vacibdir ki, belə hallar çox azdır – hər 23 milyona bir təkrar yoluxma faktı. O deyib: “Yəqin ki, biz hələ sənədlərlə təsdiqlənmiş yeni təkrar yoluxma halları barədə öyrənəcəyik. Lakin görünür bu, ümumi tendensiya deyil, əks halda, belə məlumatlar daha çox olardı”.
Bununla belə, M.Harris Honkonq Universitetinin alimləri tərəfindən aparılan tədqiqatın nəticələrinin əhəmiyyətini qeyd edib. Bu nəticələrə görə pasiyentdə COVID-19-u ikinci dəfə əmələ gətirən ştamm onun birinci dəfə yoluxduğu ştammdan fərqlənir.
“Mühümdür ki, hər iki yoluxma faktı sənədlərlə təsdiqlənib”, - deyə ÜST nümayəndəsi vurğulayıb. O xatırladıb ki, mətbuatda insanların bu xəstəliyə tutulmaları, daha sonra COVID-19 analizinə mənfi cavab almaları, hansısa müddət keçdikdən sonra yenidən yoluxmaları barədə dəfələrlə xəbərlər yayılıb. Lakin elmi tədqiqatların olmaması səbəbindən ekspertlər əmin deyildilər ki, söhbət məhz təkrar yoluxmadan, yaxud test xətasından və ya digər qeyri-dəqiqlikdən gedir.
M.Harris bildirib ki, Honkonq hadisəsinin koronavirus infeksiyasına qarşı immunitet haqqında bilikləri necə dəyişə biləcəyini anlamaq ÜST üçün əhəmiyyətlidir. O deyib: “Hazırda çoxsaylı elmi qruplar tədqiqatlar aparır, xəstəlikdən sonra əmələ gələn təbii immunitetin nə qədər davam etdiyini araşdırmaqdan ötrü təkrar yoluxan pasiyentlərdə anticisimləri üzə çıxarırlar. Onu da bilmək vacibdir ki, belə immunitet vaksinin təmin etdiyi müdafiədən fərqlənir”.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova