Valyuta.com

Respublika Diaqnostika Mərkəzi Şağandakı 1 saylı uşaq evində xeyriyyə aksiyası keçirib

Respublika Diaqnostika Mərkəzi Şağandakı 1 saylı uşaq evində xeyriyyə aksiyası keçirib

Respublika Diaqnostika Mərkəzinin (RDM) tibbi heyəti Şağan qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xeyriyyə aksiyası həyata keçirib. Mərkəzin peşəkar həkimləri bu müəssisədə dövlət himayəsində yaşayan və xüsusi qayğıya ehtiyacı olan, xüsusilə də ağır sağlamlıq problemləri ilə üzləşən uşaqları müəssisənin öz həkim heyəti ilə birlikdə bir neçə saat ərzində müayinə ediblər. Müəssisənin baş həkimi daxili həkim heyəti ilə birgə əlavə məsləhətləşmələr apararaq, yeni müalicə metodları təklif edib.
Qeyd edək ki, 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayan yüzlərlə uşaq üçün müasir tələblərə cavab verən şəraitin yaradılmasında Heydər Əliyev Fondunun böyük dəstəyi var. Bu kimi tədbirlər bir daha göstərir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan uşaqlara diqqət və onların tibbi xidmətlərlə təmin edilməsi ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova