Valyuta.com

Azərbaycan həkimləri ÜST-nin treninqlərində iştirak edirlər

Azərbaycan həkimləri ÜST-nin treninqlərində iştirak edirlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi Azərbaycanda da fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları layihənin birinci mərhələsi çərçivəsində "Təlimçilər üçün təlim" treninqlərinə cəlb ediliblər.
Layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısını almaq, onlara hazırlıq və mübarizə imkanlarının gücləndirilməsi yollarını göstərməkdən ibarətdir.
Treninqlər praktiki həkimlərə daha çox aid olduğuna görə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris bazasından və imkanlarından daha geniş istifadə etmək nəzərdə tutulur. Artıq tədris proqramlarında müvafiq dəyişikliklər edilib, institut tərəfindən tədris prosesini təkmilləşdirmək üçün yaradılmış, ölkəmizin qruplaşdırılmış rayonlarından ibarət 10 zona üzrə bölgülər aparılıb. Treninqlərdə institutun 16 əməkdaşı iştirak edir.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova