Valyuta.com

Hande Harmancı: Azərbaycanda koronavirusla bağlı tədbirləri düzgün hesab edirik

Hande Harmancı: Azərbaycanda koronavirusla bağlı tədbirləri düzgün hesab edirik

ÜST karantin rejiminin bütün ölkə üzrə yox, bölgələr üzrə tətbiq olunmasını tövsiyə edir

COVID-19 infeksiyası yeni xəstəlik olduğuna görə, bir neçə ay əvvəl bu virusla, xəstəliklə bağlı çox az şey bilirdik. Aylar keçdikcə bu barədə məlumatımız da çoxaldı. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin meydana çıxdığı birinci gündən etibarən bu xəstəliklə bağlı bütün mövcud dəlilləri toplayaraq, ən düzgün təlimatları hazırlamağa çalışdı. Bu tövsiyələrdən ölkələr özləri üçün ən uyğun olduğunu düşündükləri tədbirləri istifadə etdilər. Ara məsafəsinin saxlanması, maskadan istifadə, gigiyenik qaydalara və əl gigiyenası qaydalarına riayət edilməsi kimi önləyici ictimai səhiyyə tədbirləri bütün dünyada faydalı oldu. Bu tədbirlər harada və nə vaxt tətbiq edildisə, xəstələrin və ölümlərin sayı azaldı, harada daha az tətbiq edildisə və ya tətbiq edilmədisə, orada xəstələrin sayı artdı. Bu, eyni ölkə üçün də müşahidə olundu, yəni eyni ölkə bu ictimai səhiyyə tədbirlərini tətbiq etdiyi zaman xəstə sayı azaldı, bunları aradan qaldıranda isə onların sayı artdı.
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, bütün bu tədbirlər dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin sayının azalmasına səbəb oldu, lakin eyni zamanda, həm ictimai, həm də iqtisadi həyatla bağlı olaraq bütün əhaliyə və hökumətin üzərinə yük gətirdi.
Hande Harmancı söyləyib ki, indi pandemiya ilə mübarizədə yeni bir dövr başlayır. Payız fəslinin gəlişi ilə bağlı bir çox ekspertlər bu xəstəliklə əlaqədar qlobal miqyasda xəstə sayının artmasını gözləyirlər: “Ümumdünya Səhiyyə Təşkilatı bu yeni dövrdə indiyədək olan təlimatları yenidən nəzərdən keçirir və ölkələrə ciddi karantin rejimini ümumi olaraq deyil, bölgə-bölgə tətbiq etməyi tövsiyə edir”, – deyə qurumun təmsilçisi bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, pandemiya ilə mübarizənin lokallaşdırılması üçün bütün ölkələr müxtəlif bölgələrdə xəstəliyin vəziyyəti ilə bağlı məlumat toplamalı, buna uyğun hərəkət etməlidirlər. Epidemioloji nəzarət sisteminin etibarlı olması da vacibdir. COVID-19 xəstələri ilə təmasda olanların izlənilməsi, müşahidəsi və onların da bu xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir.
Hazırda bir neçə ölkədə bu virusa qarşı vaksin üzərində iş getdiyini, ona böyük ümidlər bağlandığını, lakin sınaqların hələ bitmədiyini deyən H.Harmancı söyləyib ki, peyvənd tapılarsa belə, onun hər kəsə çatdırılması üçün uzun müddət lazımdır. Qeyd edib ki, bu xəstəlik ən azı bir il, böyük ehtimalla iki il və daha çox bizimlə birlikdə olacaq. Odur ki, qarşıdan gələn günlərdə və aylarda normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bu yeni normal həyat həm sosial və iqtisadi həyatın davam etməsi, eyni zamanda, xəstəliyə yoluxmanın qarşısını ala biləcək qaydalardan (gigiyenik qaydalar, ara məsafəsi və s.) istifadə edilməsidir.
ÜST hesab edir ki, bu şərtlər daxilində ölkələr bu xəstəliklə mübarizəni ümumi sərt karantin rejimi əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlərlə, lokal qapanmalar tətbiq etməklə apara biləcəklər.
Hande Harmancı qeyd edib ki, Azərbaycanda da hazırda rəng sistemi tətbiq edilir, bəzi rayonları digərlərindən xəstəliyə yoluxma halına görə daha yüksək riskli sayılır. Bu bölgələrdə daha sərtləşdirilmiş tədbirlər tətbiq olunur. ÜST nümayəndəsi vurğulayıb ki, bu yanaşma ÜST-nin tövsiyələrinə uyğundur və qurum Azərbaycanda koronavirusla bağlı həyata keçirilən tədbirləri düzgün hesab edir.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova