Valyuta.com

ÜST ekspertləri COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarından danışıblar

ÜST ekspertləri COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarından danışıblar

Birləşmiş Millətlər Təşkilatının (BMT) saytında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupunun Azərbaycana səfərlərinin yekunlarına dair material dərc olunub. Yazıda xəbər verilir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını qeyd edib. ÜST həmçinin yoluxmuş şəxsləri tez bir zamanda müəyyənləşdirmək, onların əlaqələrini izləmək məqsədilə görülən tədbirlərin gücləndirilməsini tövsiyə edib.
Materialda bildirilib ki, bu, pandemiya dövründə ÜST-nin Azərbaycana göndərdiyi ikinci missiya idi. Vurğulanıb ki, ekspertlər ölkədə epidemiyaya qarşı mübarizədə əldə olunan uğurları yekdilliklə qeyd ediblər. On günlük səfər müddətində ekspertlər əmin olublar ki, əvvəlki missiyanın tövsiyələrinin əksəriyyəti tamamilə və ya qismən yerinə yetirilib. Hakimiyyət kadr resurslarına investisiyaları artırıb, səhiyyə sahəsində rəqəmsal alətlərdən səmərəli istifadə edilməsinə və COVID-19 xəstələrinə göstərilən yardımın keyfiyyətinin yaxşılaşdırılmasına nail olub.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib: “İctimai sağlamlıq sahəsində COVID-19 epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan ediləndən altı ay sonra bu missiya Azərbaycanın epidemioloji, kliniki və informasiya nöqteyi-nəzərdən gördüyü tədbirləri təhlil etmək və bu dəyərli informasiyaya əsaslanaraq yaxın aylarda bizim hansı addımları ata biləcəyimiz barədə təsəvvür yaratmaq imkanını verdi”.
Onun ÜST-dən olan həmkarı David Novillo Ortiz xatırladıb ki, koronavirus üzərində qələbədən hələ çox uzaqdayıq, ona görə də bu gün əsas məsələ ayıq olmaqdır: “Pandemiya inkişaf etdikcə, biz yeni çağırışlarla üzləşirik. Epidemioloji nəzarət, testləşdirmə və məlumatların hərtərəfli təhlili strategiyasının gücləndirilməsi faktlara əsaslanan qərarların qəbuluna kömək edəcək”.
Azərbaycana səfərləri zamanı ÜST ekspertləri Bakı şəhərində yerləşən ilkin tibbi-sanitariya mərkəzi və xəstəxanalara baş çəkiblər, eləcə də Şamaxı rayonunda və Gəncədə olublar.
Qeyd edək ki, ÜST pandemiya ilə mübarizənin ilk günlərindən Azərbaycana köməyə gəlib. COVID-19 ilə mübarizə məsələləri üzrə iki ölkə missiyası çərçivəsində texniki dəstək göstərməklə yanaşı, ÜST həmçinin REACT-C19 layihəsini də həyata keçirib. Bu layihə rəqəmsal texnologiyalar və yenilikçi qərarlardan istifadə etməklə tibb işçiləri arasında təcrübə və bilik mübadiləsi sahəsində yardımın göstərilməsinə yönəlib.
Təşkilatın Azərbaycandakı nümayəndəliyi həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Sağlamlıq naminə həmrəylik” təşəbbüsünün tətbiqi üzərində işləyir. Həmin təşəbbüs çərçivəsində pandemiya ilə mübarizənin ön cəbhəsində çalışan tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin təchizatı həyata keçirilir.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova