Valyuta.com

Rusiyalı professorlar ATU-nun Tədris Terapevtik Klinikasında olublar

Rusiyalı professorlar ATU-nun Tədris Terapevtik Klinikasında olublar

Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyadan dəvət olunan professorlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olublar.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyəti koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına dəstək məqsədilə ölkəmizə gəlib.
Rusiyalı həkim heyəti ilk öncə klinikanın direktoru, professor Surxay Musayevlə görüşüblər. Onlar klinikadakı şəraitlə ətraflı tanış olublar. Sonra klinikanın müalicə işləri üzrə direktor müavini, baş həkim Fəridə Hacıyeva, həkim-infeksionist Aygül Əliyeva və şöbələrdə çalışan həkim heyəti ilə koronavirusla mübarizədə əldə olunan ikitərəfli təcrübə və fikir mübadiləsi aparılıb.
Rusiyalı professorlar klinikada müalicə alan xəstələrlə də görüşərək, onların vəziyyəti ilə tanış olublar, bəzilərini müayinə edərək, müalicəsi istiqamətində öz fikirlərini bölüşüblər.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova