Valyuta.com

Pandemiya şəraitində uşaq sağlamlığına həsr olunan onlayn konfrans keçirilib

Pandemiya şəraitində uşaq sağlamlığına həsr olunan onlayn konfrans keçirilib

Beynəlxalq Pediatrik Assosiasiyası, Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə COVID-19 pandemiyası zamanı uşaq sağlamlığına həsr olunan onlayn konfrans keçirilib.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov indiki çətin pandemiya şəraitində keçirilən konfransın mövzusunun aktuallığını yüksək dəyərləndirib: “Konfransın təşkili üçün Türkiyə Milli Pediatriya Dərnəyinə, dəvətimizi qəbul edən konfrans iştirakçılarına ATU rəhbərliyi adından təşəkkür edirəm. Bu cür tədbirlərin həm klinik təcrübədə, həm də elmi araşdırmalar baxımından həmkarlarımız üçün çox faydalı olacağına inanıram”.
Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi, professor Enver Hasanoğlu çıxış edərək konfransın əhəmiyyətini qeyd edib.
ATU-nun Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, dosent Nigar Sədiyevanın moderatorluğu ilə davam edən onlayn konfransda Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Rauf Bəylərov “COVID-19 və uşaqlarda böyrək xəstəlikləri”, Psixiatriya kafedrasının assistenti İkram Rüstəmov “Pandemiya zamanı uşaqların psixi sağlamlığı”, Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı “COVID-19-a yoluxmuş analardan doğulmuş yenidoğulmuşların sağlamlığı” mövzularında çıxış ediblər.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova