Valyuta.com

Gəncədə Səhiyyə Nazirliyi nəzdində yeni Psixiatriya xəstəxanası istifadəyə verilib

Gəncədə Səhiyyə Nazirliyi nəzdində yeni Psixiatriya xəstəxanası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyənin inkişafına daim göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə tibb müəssisələrinin yenidən qurulması, təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə işlər davam etməkdədir.
Bu proses çərçivəsində bu günlərdə Gəncədə Psixiatriya Xəstəxanası yeni, beşmərtəbəli, dünya standartlarına cavab verən binada fəaliyyətə başlayıb. Bu barədə məlumatı Gəncə Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyevaya istinadən Səhiyyə Nazirliyinin mətbuat xidməti verib.
200 çarpayılıq xəstəxana binasının birinci mərtəbəsində laboratoriya, aptek, Şüa diaqnostikası şöbəsi, EKQ, stomatoloji və psixoloq kabinetləri, inzibati şöbələr yerləşir. Binanın qalan 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub.
Baş həkim deyib ki, Gəncədə inşa olunmuş belə müasir, bütün lazımi avadanlıqlarla təchiz olunmuş Psixiatriya Xəstəxanasının açılışı Azərbaycan səhiyyəsinin inkişafını və yenilənməsini prioritet hesab edən dövlət siyasətimizə bariz nümunədir: “Xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Tibb müəssisəsində fəaliyyət göstərən 4 şöbədən üçü kişilər, biri qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə xəstələrin və personalın rahatlığı üçün müasir avadanlıqlarla təchiz olunmuş yemək və istirahət otaqları var. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir. Səhiyyə ocağında hazırda 175 nəfər, o cümlədən 6 həkim, 25 nəfər orta tibb heyəti çalışır”.
Elmira Mirzəyevanın sözlərinə görə, bugünkü şəraitlə bağlı olaraq yeni xəstəxanada palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur. O vurğulayıb ki, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Qrup və BMT-nin aidiyyətli qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Baş həkim rəhbərlik etdiyi xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün çox təsirli olan art terapiyanın tətbiqi haqqında məlumat verib. Onun sözlərinə görə, xəstələr xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar və bu məşğuliyyət onların sağalmasına çox müsbət təsir göstərir: “Xəstələrimiz reabilitasiya otaqlarında bacarıqlarına uyğun işlərə cəlb olunurlar. Binanın həyətində şahmat oynamaq üçün də xüsusi yer ayrılıb. Xəstəxanaya gələn qonaqlar xəstələrimizin əl işlərini çox bəyənirlər. Gələcəkdə bu əl işlərindən ibarət sərginin keçirilməsini nəzərdə tuturuq”.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova