Valyuta.com

“Zeytun Pharmaceuticals” 50 min COVID-19 test dəstini Səhiyyə Nazirliyinə təmənnasız təqdim edib

“Zeytun Pharmaceuticals” 50 min COVID-19 test dəstini Səhiyyə Nazirliyinə təmənnasız təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirib, dövlət qurumları və özəl şirkətləri bu sahəyə diqqət yönəltməyə çağırıb. Bu çağırışa qoşulan “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının laborator müayinəsini həyata keçirmək üçün 50 min nümunəlik PZR müayinə dəstini təmənnasız olaraq Səhiyyə Nazirliyinə təqdim edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarına görə, COVID-19 təhlilləri tərs transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) ilə aparılmalıdır. Tövsiyələrdə deyildiyi kimi, bu hazırda koronavirus infeksiyasının ən doğru və etibarlı diaqnostik üsuludur. O, insanın bioloji materialında hətta çox az miqdarda virusun aşkarlanmasına və inkubasiya dövründə xəstəliyi müəyyən etməyə kömək edir. “Zeytun Pharmaceuticals” tərəfindən təqdim olunan müayinə dəstləri dərhal Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd edək ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyası Azərbaycanda koronavirusun diaqnostikasını aparan ən böyük laboratoriyadır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr burada testlər vasitəsilə yoxlanılır.
Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals”ın dəstəyini təqdirəlayiq hesab edib və şirkətə minnətdarlığını bildirib.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova