Valyuta.com

Tibb işçiləri üçün xüsusi mobil tətbiq istifadəyə verilib

Tibb işçiləri üçün xüsusi mobil tətbiq istifadəyə verilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) BMT-nin İnkişaf Proqramının dəstəyi və “Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi üçün xüsusi mobil tətbiq yaradıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yeni “MD Reference” mobil tətbiqinin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb heyətinə dəstək olmaqdır. Səhiyyə işçiləri bu tətbiqdən istifadə edərək, tibbi yardımın keyfiyyətini yüksəltməyə, öz praktik fəaliyyətlərinin nəticələrini daha da yaxşılaşdırmağa nail olacaqlar. İstifadəsi olduqca rahat olan bu mobil applikasiya həkimlərin və digər səhiyyə işçilərinin öz bacarıqlarını təkmilləşdirmələrinə, ən son yeniliklərdən daim xəbərdar olmalarına kömək edəcək.
Bundan başqa, “MD Reference”in yaradıcıları tətbiqdə COVID-19 pandemiyasına həsr olunmuş xüsusi bölmə əlavə ediblər. Mobil proqramın bu bölməsində tibb işçiləri üçün olduqca vacib olan ən son məlumatlar - koronavirus infeksiyasının profilaktikası, infeksion nəzarət, dezinfeksiya, xəstəliyin diaqnostikası və müalicəsinə aid təlimatlar yerləşdirilib. Bölmə COVID-19 ilə mübarizədə gərgin əmək sərf edən tibb işçilərimiz üçün əlavə məlumat və məsləhət mənbəyi olacaq.
Qeyd edək ki, “MD Reference” mobil tətbiqi Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market) asanlıqla yüklənilə bilər. Yaxın zamanda isə tətbiq iOS əməliyyat sistemi ilə işləyən cihazlarda da əlçatan olacaq.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova