Valyuta.com

“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Baş Nazirin müavini, adı çəkilən Dövlət Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Onlayn konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Məclis sədrinin müavini Adil Əliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ölkəmizdə narkomanlığa qarşı mübarizə iki əsas istiqamət – narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması və profilaktik tədbirlər istiqamətləri üzrə aparılır. Dövlət Komissiyasının işçi qrupu narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyətli qurumların birgə əməkdaşlığına və işlərinin əlaqələndirilməsinə xüsusi əhəmiyyət verir.
Həmçinin müvafiq Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Gənclər və İdman, Təhsil, Daxili İşlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Nəsimi Rayon İcra Hakimiyyəti, DİN Nəsimi rayon bölməsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılan geniş maarifləndirmə işlərindən söz açılıb.
Çıxışlarda vurğulanıb ki, narkomaniyaya qarşı müvafiq qurumlar, eyni zamanda, cəmiyyətin bütün üzvləri tərəfindən birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova