Valyuta.com

COVID-19-a epidemioloji nəzarət üzrə Azərbaycan – Türkiyə onlayn müzakirələri

COVID-19-a epidemioloji nəzarət üzrə Azərbaycan – Türkiyə onlayn müzakirələri

Azərbaycan və Türkiyə arasında COVID-19-a dair epidemioloji nəzarət məsələləri üzrə onlayn müzakirələr keçirilib.
Azərbaycan Respublikası tərəfdən Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyətli mütəxəssislərin, Türkiyə Cümhuriyyəti tərəfdən isə Səhiyyə nazirinin müavini Emine Alp Meşe və nazirliyin Elmi-Tibbi Şurası üzvlərinin iştirak etdiyi videokonfransda hər iki ölkədə COVID-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, simptomsuz xəstələr üzərində epidemioloji nəzarət və COVID-19 virusu üçün innovativ müayinə metodları kimi mövzular da müzakirə olunub.
Hər iki ölkə nümayəndələri COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova