Valyuta.com

Azərbaycan və Yunanıstan arasında COVID-19 üzrə telekonfrans keçirilib

Azərbaycan və Yunanıstan arasında COVID-19 üzrə telekonfrans keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və UNESCO-nun xoşməramlı səfiri, mərkəzin təsisçi üzvlərindən biri, "Marianna V.Vardinoyannis Fondu" və “ELPİDA xərçəng xəstəliyindən müalicə görən uşaqların dostu Beynəlxalq Humanitar Fondu”nun təsisçisi və prezidenti Marianna Vardinoyannis arasında COVID-19 epidemiyası ilə birgə mübarizəyə dair telekonfrans keçirilib. Videogörüşə Yunanıstanın Səhiyyə Nazirliyi nəzdində “Agia Sofia” Uşaq Xəstəxanasının baş icraçı direktoru Emanuil Papasavas da qoşulub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “ELPİDA xərçəng xəstəliyindən müalicə görən uşaqların dostu Beynəlxalq Humanitar Fondu”na 5000 tibbi maska və 50 qoruyucu paltar verilib və daha 2000 tibbi maskanın göndəriləcəyi nəzərdə tutulub.
Görüş zamanı M.Vardinoyannis bu cür xoşməramlı humanitar addımların Yunanıstan və Azərbaycan arasında dostluq əlaqələrinə töhfələr verdiyini, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə belə tədbirlərin tez-tez gerçəkləşdirildiyini qeyd edib. O, eyni zamanda, Mehriban Əliyevanın ELPİDA Fondu və xərçəng xəstəliyindən müalicə görən uşaqları 2 dəfə ziyarət edərək, onların müalicəsi ilə bağlı görülən işlərlə yaxından maraqlandığını və hər zaman dəstək olduğunu vurğulayıb. Bununla yanaşı, UNESCO-nun xoşməramlı səfiri kimi 2018-ci il martın 15-də VI Bakı Forumunda iştirak etmək məqsədilə Bakıya səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Yunanıstan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında verdiyi töhfələrə görə Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunaraq şərəfləndirildiyini qeyd edib.
M.Vardinoyannis telekonfrans zamanı deyib: “Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz sevgi və minnətdarlığımı bildirmək istəyirəm. Mehriban Əliyeva ilə dərin dostluğumuz var, UNESCO çərçivəsində də əməkdaşlıq edirik. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri təyin olunması yadımdadır. Onunla ilk görüşənlərdən biri mən olmuşam və o vaxtdan bəri etdiyi təşəbbüslər, yardımlar və gördüyü işlər məni həqiqətən qürurlandırır. Onun dostu olmaq mənim üçün şərəfdir. Mən Mehriban Əliyevanın ölkəsi üçün gördüyü işləri heyranlıqla izləyirəm”. M.Vardinoyannis həmçinin Prezident İlham Əliyevin ölkəsi üçün gördüyü işləri rəğbətlə izlədiyini deyib, hər iki dövlət xadiminə ELPİDA Fondunun müalicə görən uşaqlarını dəstəkləməkdə göstərdikləri həssaslığa görə təşəkkürünü bildirib.
Görüş və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ianələri haqqında məlumat Yunanıstanın aparıcı mətbu orqanlarında işıqlandırılıb.
Qeyd edək ki, M.Vardinoyannis tərəfindən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə köçürülüb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Afina
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova