Valyuta.com

Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb

Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb

Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş və COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə dövlətimizin başçısı bu sahədə ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ianənin ayrılmasını bəyan edib.
Bununla bağlı ÜST-nin Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus imzalayıblar. Donor Sazişi Azərbaycan tərəfindən ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla, Qoşulmama Hərəkatının Afrika, Asiya və Latın Amerikasında yerləşən, köməyə ən çox ehtiyacı olan üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.
Sənədin imzalanma mərasimi zamanı ÜST-nin Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəltdiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib. Tedros Gebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdırıb, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlığını ifadə edib.
Daimi nümayəndə Vaqif Sadıqov, öz növbəsində, Azərbaycanın ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini vurğulayıb, Təşkilatın qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib, pandemiya ilə bağlı ÜST-nin tövsiyələrinin Azərbaycanda tətbiq edildiyini nəzərə çatdırıb.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova