Valyuta.com

Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi tətbiq olunacaq

Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi tətbiq olunacaq

Koronavirus xəstələrinin müalicəsində istifadə olunan konvalesent plazma müalicəsi artıq Azərbaycanda da tətbiq edilməyə başlanılacaq.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a məlumat verilib.
İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur.
Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?
Bu müalicə üçün donorlar COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib, sonradan sağalan 18-60 yaş arası şəxslər arasından seçilir, bu şərtlə ki, onlarda klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra test nəticəsi 2 dəfə neqativ olsun. Bu qəbildən olan, həyatının heç bir dövründə qan transfuziyası edilməmiş kişilər və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış) könüllülük əsasında donor ola bilərlər.
Uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Daha sonra donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər.
Plazma alınmasının donorun sağlamlığı üçün heç bir riski yoxdur. Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir, qapalı sistem kimi işləyir. Prosedur zamanı qan cihazla təmas etmir.
Sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir və plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova