Valyuta.com

Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt və maska olacaq

Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt və maska olacaq

Ölkədə tibbi spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbatı ödəməkdə çətinlik çəkirlər.
Əvvəlki illərdə ölkəmizdə bir ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-2019-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3,5 milyon olub.
Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, Müdafiə Nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.
Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanılır və satışa çıxarılır.
Dünən ölkəyə 500 min maska idxal olunub. 1,5 milyon ədəd maska da daxil olacaq.
Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.
Nazirlər Kabinetinin 114 nömrəli Qərarına əsasən, maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad edilib.
Ölkədə tibbi spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçikhəcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan tibbi spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova