Valyuta.com

Reanimasiya, intensiv terapiya və infeksion xəstəliklərin menecmenti

Reanimasiya, intensiv terapiya və infeksion xəstəliklərin menecmenti

Beynəlxalq ekspertlər koronavirus infeksiyası ilə bağlı geniş təqdimatla çıxış ediblər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Reanimasiya, intensiv terapiya və infeksion xəstəliklərin menecmenti” mövzusu üzrə keçirilən təlim çərçivəsində beynəlxalq ekspertlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı geniş təqdimatla çıxış ediblər.
İSİM, Azərbaycan Tibb Universiteti və “Uptodate in Medicine” tərəfindən təşkil olunan təlimi ABŞ-ın Cosef xəstəxanasının pulmonoloqu, intensiv terapiya mütəxəssisi Stefen Hembel keçirib. Beynəlxalq təlimçi-ekspertlərin, səhiyyə və ictimai səhiyyə mütəxəssislərinin iştirak etdiyi təlimdə ağır pasiyentlərin reanimasiyası və ilkin menecmenti, turşu-qələvi pozuntuları və intensiv terapiya ilə əlaqədar mövzularla yanaşı, infeksion xəstəliklər barədə ətraflı məlumat verilib.
Sepsis, İİV, göbələk xəstəliklərinin müasir diaqnostikası, antimikrob maddələr və yüksək müqavimət göstərən orqanizmlərdən söz açan Cənubi Karolina Universitetinin köməkçi professoru Cim Consonun koronavirus (COVID-19) infeksiyası barədə geniş təqdimatı dinlənilib. Virusun mənşəyi, yayılma tezliyi, diaqnostikası barədə ətraflı məlumat verən ekspert müxtəlif ölkələrdə aparılan profilaktik tədbirlərdən, səhiyyə işçilərinin və əhalinin virusdan qorunma vasitələrindən danışıb. Cim Conson qeyd edib ki, epidemiyaya qarşı görülən işlər qlobal, regional, milli səviyyədə həyata keçirilməli, xəstəxana siyasəti doğru aparılmalı və hər bir kəs gündəlik gigiyena qaydalarına düzgün əməl etməlidir. Əhalinin sıx olduğu məkanlarda gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edən ekspert xüsusi olaraq vurğulayıb ki, özündə qrip xəstəliyinin simptomlarını (qızdırma və öskürək, əzginlik, təngnəfəslik, diareya) müşahidə edən hər bir şəxs ilk növbədə yataq və istirahət rejiminə keçməli, zəruri olduğu halda ictimaiyyət arasına çıxdıqda qoruyucu maska taxmalı, ağırlaşma halları olduqda isə dərhal həkimə müraciət etməlidir.
Çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova