Valyuta.com

Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan tibbi heyət üçün təlim-treninqlər keçirir

Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan tibbi heyət üçün təlim-treninqlər keçirir

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlər keçirir.
Bu təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkimləri və tibb bacılarını virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
Tibb işçilərinin virusdan qorunması üçün görülən işlər və treninqlərlə bağlı ADHTİ-nin rektoru, professor Nazim Qasımov bildirib ki, Azərbaycanda hazırda ölkə Prezidentinin nəzarəti ilə koronavirusla bağlı görülən qabaqlayıcı tədbirlər nəticə verir, yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır: “Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün maksimum tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi də öz növbəsində mühüm işlər görür. Bizim institutun üzərinə də vəzifələr düşüb. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutun kafedralarında onlayn və distant şəklində, eləcə də kiçik qruplarda biotəhlükəsizlik, biomühafizəyə yönləndirilmiş xüsusi treninqlərə başlanılıb”. Rektor həmçinin qeyd edib ki, bayram və istirahət günləri də daxil olmaqla treninqlər davam etdiriləcək: “Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçiləri dayanır. Treninqlərdə xüsusi mühafizə vasitələri ilə işləmək vərdişləri təkmilləşdirilir. Xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, geyinmək, soyunmaq, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu qaydalara düzgün riayət edilmədiyi halda həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. İlk növbədə, həkimlər, tibb bacıları özlərini qorumalıdırlar. Buna görə də bu treninqlərin böyük əhəmiyyəti var. Birinci növbədə, həkimlərin, tibb bacılarının bu virusdan qorunmasına çalışırıq”.
Professor N.Qasımovun sözlərinə görə, birinci mərhələdə aeroport və sərhəd-keçid məntəqələrində çalışan tibb işçiləri treninqlərə cəlb edilib. Hazırda onlayn treninqlərə başlamaq üçün tədbirlər yekunlaşmaq üzrədir. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqqında tibbi məlumatlar hazırlanıb və onlayn şəkildə həkimlərə ötürülür. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Həkimlərə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müalicə protokolları göndərilir.
İnstitutun rektoru əlavə edib ki, COVİD-19 koronavirusu yenidir, hazırda dünya alimləri onun üzərində tədqiqatlar aparırlar. Virusun yayılması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. ADHTİ həmin məlumatları tibb işçilərinə operativ şəkildə ötürür: “İnstitutumuz tibb işçilərini biomühafizə və karantin qaydaları ilə bağlı mütəmadi olaraq, planlı şəkildə həmişə məlumatlandırır. Amma hər infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimləri məlumatlandırırıq. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə edilib, dərhal tibb işçilərinə çatdırılıb. Bütün məlumatlar vaxtında çatdırılmalıdır ki, əks-epidemik tədbirlər də vaxtında aparıla bilsin, maksimum effektli olsun”.
Rektor Azərbaycanda kadr potensialı ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, hazırda ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var. Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisaslar üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa, onlar da virusla mübarizəyə qoşulacaqlar.
ADHTİ-dən həmçinin məlumat verilib ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə institutda koronavirusla mübarizə ilə əlaqədar virus və ondan qorunma yolları ilə bağlı məlumatlar, əks-epidemik tədbirlər haqqında informasiyaların tibb mütəxəssislərinə onlayn və ya distant şəklində çatdırılması üçün videomühazirələr hazırlanıb və institutun saytında yerləşdirilib. Saytda koronavirusun yayılması, kliniki mənzərəsi, müalicəsi, profilaktikası və əks-epidemik tədbirlər haqqında 5 videomühazirəni izləmək mümkündür.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova