Valyuta.com

Koronavirusla mübarizə üzrə xarici ölkələrlə təcrübə mübadiləsi videokonfransı keçirilib

Koronavirusla mübarizə üzrə xarici ölkələrlə təcrübə mübadiləsi videokonfransı keçirilib

Koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin Xalq Respublikasının (ÇXR) həkimləri ilə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Türkmənistan tibb işçiləri arasında videokonfrans keçirilib.
Virtual tədbirdə ÇXR tərəfdən Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktoru, akademik Qao Fu, baş epidemioloq U Szun Yu, Pekin Universitet Xəstəxanasının baş həkimi və Yoluxucu xəstəliklər şöbəsinin müdiri Van Quytsyan, Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin direktor müavini Yuy Syuzn, Fövqəladə hallar, Səhiyyə, İqtisadiyyat, Gömrük və digər departamentlərinin əməkdaşları iştirak ediblər.
Videokonfransda Azərbaycan tərəfini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Asiya, Afrika və Okeaniya ölkələri ilə iş sektorunun müdiri Səadət Rəhimli, Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev, Xəstəliklərə nəzarət və onların profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mikrobiologiya mütəxəssisi Qumral Ələkbərova təmsil ediblər. ÇXR-nin ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə şöbəsinin rəhbəri Xu Qinq, səfirliyin attaşesi Şi Fanq və digər nümayəndələr də tədbirə Azərbaycandan qoşulublar.
Çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və digər ölkələrin ekspertlərinə öz tövsiyələrini veriblər. Görüş videokonfransda iştirak edən ölkələrin nümayəndələrini maraqlandıran sualların Çinli ekspertlər tərəfindən cavablandırılması ilə davam edib.
Sonda Azərbaycan və Çin tərəfinin ekspertləri ikitərəfli fikir mübadiləsi aparıblar.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova