Valyuta.com

ISESCO COVID-19-a qarşı vaksin yaradana 200 min dollar mükafat verəcək

ISESCO COVID-19-a qarşı vaksin yaradana 200 min dollar mükafat verəcək

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 virusuna qarşı vaksin yaradılmasına görə 200 min dollar məbləğində mükafat təsis edib. Bu barədə təşkilatın rəsmi saytında verilən məlumatda bildirilir ki, pul mükafatı koronavirusa qarşı vaksin hazırlayacaq şəxsə və ya tədqiqat aparan qrupa veriləcək.
ISESCO-nun baş direktoru Salim Əl-Malikin sözlərinə görə, təşəbbüs qlobal pandemiya yaradan virusun qarşısının daha tez alınması məqsədilə irəli sürülüb. O əlavə edib ki, koronavirus qlobal sosial-iqtisadi böhrana da səbəb ola bilər. "Mükafatın təsis edilməsi ISESCO-nun elmi tədqiqatların dəstəklənməsi çərçivəsində həyata keçirilib. Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını bu təhlükəli virusun qarşısının alınması üçün səyləri birləşdirməyə çağırırıq", -deyə Əl-Malik vurğulayıb.
ISESCO-nun baş direktoru koronavirus infeksiyasından vəfat edənlərin ailələrinə başsağlığı verib, müalicə olunan şəxslərə tezliklə şəfa tapmalarını arzulayıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova