Valyuta.com

Azərbaycan Tibb Universitetində tibb bacıları hazırlanacaq

Azərbaycan Tibb Universitetində tibb bacıları hazırlanacaq

Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, bu ali tibb təhsili müəssisəsində bundan sonra tibb bacısı ixtisası üzrə də təhsil almaq mümkün olacaq.
Məlum olduğu kimi, indiyədək tibb bacısı ixtisası üzrə yalnız orta ixtisas təhsili almaq mümkün idi. Keyfiyyətli tibb təhsili verən Tibb Universitetində həmin ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq istiqamətdə tədris aparılmırdı. Halbuki, gündəlik həyatda işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac çoxdur.
Universitet rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində tibb bacısı üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək. İxtisas üzrə təhsil alan gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etikası qaydalarına hər zaman riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq.
Bu ildən etibarən ATU-da tibb bacısı ixtisası ilə yanaşı, səhiyyə menecmenti, kliniki psixologiya, eləcə də fizioterapiya və tibbi reabilitasiya kimi yeni təsis edilmiş ixtisaslara da qəbul elan ediləcək. Belə ki, bakalavriat pilləsi üzrə fizioterapiya və tibbi reabilitasiya və tibb bacısı işi ixtisaslarının hər birinə 30 yer, magistratura üzrə səhiyyə menecmenti və kliniki psixologiya ixtisasları üçün isə 15 yer planlaşdırılıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova