Valyuta.com

Elmi-praktik konfrans tireodologiyada yeniliklər mövzusuna həsr olunub

Elmi-praktik konfrans tireodologiyada yeniliklər mövzusuna həsr olunub

Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Avropa Tireodologiya Assosiasiyası, Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə "Tireodologiyada yeniliklər" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek Qənnadi “Azərbaycan Respublikasında tiroid vəzinin xəstəlikləri probleminə dair”, professor George Kahaly (Almaniya) “Tiroid vəzinin və autoimmun xəstəliklərin qarşılıqlı əlaqəsi”, professor Əziz Əliyev (Azərbaycan) “Azərbaycan Respublikasında tiroid xərçəngi probleminin vəziyyəti haqqında” mövzusunda məruzələr ediblər.
ADHTİ Terapiya kafedrasının müdiri, tibb elmləri doktoru Valeh Mirzəzadə və assistenti Aygün Hüseynovanın “Dünyada və Azərbaycanda tireodologiya tarixi” mövzusunda çıxışı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Professor Cris Poppe (Belçika) “Tiroid vəzisi və qadın sonsuzluğu”, professor Petros Perros (İngiltərə) “Subklinik tiroid disfunksiyası və təsadüfən tiroid nodülləri” və tibb üzrə fəlsəfə doktoru Səbinə Orucova “Hipertireoz sindromu” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova