Valyuta.com

Lənkəranda oftalmoloji aksiya

Lənkəranda oftalmoloji aksiya

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirib. Üç gün davam edən aksiyanın ilk iki günü müayinələr aparılıb, üçüncü gün isə cərrahi əməliyyatlar icra olunub.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirildiyinə görə, aksiya çərçivəsində 245 nəfər müayinə edilib, 11 nəfər üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Müayinələr zamanı konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. oftalmoloji xəstəliklər aşkarlanıb.
Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarət idi.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildə fəaliyyətə başlayıb və ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir. Mərkəzin Avtomobil Səyyar Klinikası isə 2005-ci ildən etibarən paytaxtda və ölkəmizin müxtəlif bölgələrində mütəmadi olaraq pasiyentlərə tibbi xidmət edir.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova