Valyuta.com

Elmi konfransda ürək patologiyalarında risk faktorları müzakirə olunub

Elmi konfransda ürək patologiyalarında risk faktorları müzakirə olunub

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasında ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar elmi konfrans keçirilib.
Toplantıda kafedranın müdiri, professor Musa Qəniyev ürək patologiyalarının bütün dünyada geniş yayıldığını, inkişaf etmiş ölkələrdə həmin xəstəliklərindən ölüm hallarının hətta 35 faiz olduğunu söyləyib, bu baxımdan kardiologiyada həmin xəstəliklərə müasir yanaşmanın yaranması zəruriyyətini vurğulayıb.
Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Tibb fakültəsində Farmakologiya kafedrasının professoru Xalis Süleyman və dosent Renad Məmmədov, eləcə də ölkəmizdə kardiologiya sahəsində tanınmış mütəxəssis, dosent Fərid Əliyev ürək-damar sistemi xəstəliklərinin aktual problemlərinə, bu sahədə farmakoloji korrektələrə dair maraqlı mühazirələrlə çıxış ediblər.
Geniş diskussiya şəraitində keçən konfransda qarşılıqlı fikir mübadiləsi aparılıb, fundamental fənlərlə kliniki fənlər arasında elmi-tədris əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova