Valyuta.com

ATU rəhbərliyi İraqın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

ATU rəhbərliyi İraqın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə İraq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdə ümumilikdə 335 nəfər İraq vətəndaşının təhsil aldığını, onlardan 321 nəfərin tələbə, 13 nəfərin hazırlıq dinləyicisi və 1 nəfərin rezident olduğunu bildirib: “Biz tələbələr arasında fərq qoymuruq. Xarici ölkə vətəndaşı olan tələbələrə də eyni diqqət və qayğı göstəririk. Bizim beynəlxalq əlaqələrimiz gün-gündən inkişaf edir. Sizinlə də əlaqələrin yaradılmasında, qarşılıqlı mübadilələr aparmaqda maraqlıyıq”.
İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Əlmamori bu görüşün ikitərəfli münasibətlərin genişlənməsi istiqamətində ilk addım olduğunu vurğulayıb: “Universitetinizdə olduqca çox sayda tələbəmiz təhsil alır. Onların yaşayışı, davranışı bizə maraqlıdır. Biz onlara cavabdeh şəxslərik. İstərdik ki, iraqlı tələbələrlə görüşlər keçirək. Çünki tibb olduqca həssas və vacib sahələrdəndir. İraqda sizin universitetin tələbələri üçün 3-9 aylıq praktik dərslər təşkil edə bilərik. Bundan başqa, tələbə, müəllim mübadilələri edə bilərik”.
Görüşdə İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkilinin müavinləri Huhaifa Mahmoud, Zaid M. Abed, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, ümumi işlər üzrə prorektor Tahir Vəliyev, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov iştirak ediblər.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova