Valyuta.com

XTİNM-nin mütəxəssisləri məlumatlandırıcı təqdimat keçiriblər

XTİNM-nin mütəxəssisləri məlumatlandırıcı təqdimat keçiriblər

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) mütəxəssisləri Xəzər Universitetində müəllim və tələbələr üçün koronavirus infeksiyası haqqında tanıdıcı təqdimat keçiriblər.
Tədbiri universitetin departament rəhbəri Asəf Ömərov açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb, zoonoz mənşəli xəstəliklərin insan sağlamlığında rolu, onların yayılması haqqında giriş nitqi söyləyib.
Sonra XTİNM-nin mütəxəssisləri Aytac Nəsirli və Cəlalə Həsənova koronavirus infeksiyası, onun epidemiologiyası, etiologiyası, patogenezi, simptomları, laborator diaqnostikası, profilaktikası, müalicəsi haqqında məlumat veriblər. Qonşu ölkələrdə baş vermiş alovlanma halları, xəstəliyin son statistik məlumatları barədə xəbərlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərkəzin mütəxəssisləri bu təhlükəli virusla bağlı tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Toplantının sonunda universitetin rektoru İradə Xəlilova qonaqlara təşəkkürünü bildirib, seminar iştirakçılarına universitetdə aparılmış ümumi profilaktika tədbirləri barədə məlumat verib. Rektor həmçinin virusdan qorunmaq və onu yaymamaq üçün gözlənilməsi vacib olan fərdi gigiyena qaydalarını seminar iştirakçılarına xatırladıb.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova