Valyuta.com

Çin həmrəyliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edir

Çin həmrəyliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edir

“Çində belə bir məsəl var: “Həqiqi dost pis gündə tanınır”. Üzləşdiyimiz bu çətin günlərdə biz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edir, çətinliklərimizi aradan qaldırmaq üçün bizimlə birlikdə mübarizə aparan dostlarımızın dəyərini daha yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə ünvanladığı məktubda epidemiyanın yayılmasının və insan tələfatının qarşısını almaq üçün Çin hökumətinin atdığı addımları, bu işdə Çin xalqının əzmkarlığını yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və ona hərtərəfli yardım göstərməyə hazırdır. Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, Azərbaycanı dost ölkə, etibarlı dost və mühüm tərəfdaş hesab edir, uzun illər ərzində Azərbaycan tərəfi ilə mövcud olan qarşılıqlı siyasi etimadın, praktiki və səmərəli fəaliyyətin səviyyəsini yüksək qiymətləndirir. Azərbaycan cəmiyyətinin müxtəlif dairələrinin sonsuz qayğısı, diqqəti və maddi dəstəyi bu qış bizi isindirir və buna görə sizə səmimi təşəkkürümüzü bildiririk”.
Bunu ÇXR-in Azərbaycandakı müvəqqəti işlər vəkili Li Cinsonq Azərbaycanın bir sıra aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə bəyan edib.
Çində yeni tip koronavirus epidemiyası, bu epidemiyaya qarşı mübarizədə Çin hökuməti və xalqı tərəfindən görülən tədbirlərlə bağlı vəziyyət, habelə epidemiya dərəcəsini səmərəli, elmi və obyektiv müəyyən etmək və lüzumsuz qorxudan qurtulmaq üçün Çinin beynəlxalq birlik, o cümlədən Azərbaycanla əməkdaşlığı barədə məlumatlandırma məqsədi ilə təşkil olunan görüşdə Li Cinsonq deyib ki, Uhan şəhərində yeni tip koronavirus infeksiyasının yayılması ilə əlaqədar Çində başlayan pnevmoniya epidemiyası bütün ölkə ərazisində tüğyan edir və artıq bir sıra digər ölkələrdə də yayılıb: “Qısa müddətdə Çin yoluxmuş insanı sürətlə identifikasiya edən səmərəli virus reaktivləri hazırlayıb. Təsdiq edilmiş faktların sürətlə artmasının əsas səbəbi də budur. Çin bütün səviyyələrdə intensiv mətbuat konfransları keçirmək, epidemiyanın ümumi vəziyyəti ilə bağlı rəqəmləri yeniləmək yolu ilə vəziyyətin inkişafı barədə bütün dünyanı vaxtında məlumatlandırır, insanların dürüst informasiya əldə etmək hüququnu təmin edir. Bu, dünyanın böyük dövlətlərindən biri kimi, Çinin yüksək məsuliyyətini nümayiş etdirir. Hazırda sağalma hallarının sayı artır, peyvəndlərin və xüsusi preparatların öyrənilməsi və tətbiqi prosesi sürətlənir. Epidemiyanın qarşısını almaq mümkündür, ona nəzarət edilə bilər və bu xəstəlik müalicə olunandır. Özümüzə əminlik hissi, bacarığımızın və resurslarımızın yetərincə olması epidemiya üzərində sürətlə qələbə çalmağımıza imkan verir”.
ÇXR Sədri Si Cinpinin epidemiya ocağı yaranan kimi insanların təhlükəsizliyinin təmin edilməsi üçün mühüm göstərişlər verdiyini vurğulayan müvəqqəti işlər vəkili daha sonra deyib: “Hərtərəfli profilaktika və nəzarət, epidemiyanın yayılmasının qarşısının ciddi şəkildə alınması üçün mərkəzi rəhbər qrup yaradılıb. Çinin bütün regionlarının hökumətləri xalqın sağlamlığına yüksək əhəmiyyət verir və virusa qarşı mübarizə aparmaq üçün bütün tədbirləri görürlər. Hubey əyalətinin Uhan şəhərindən başlayaraq bütün ölkə ərazisində hazırda profilaktika və nəzarətin kompleks mexanizmi yaradılıb. Bütün işlər açıq, şəffaf, elmi və müntəzəm əsasda aparılır. ÇXR-in Səhiyyə İşləri Dövlət Komitəsi epidemiyanın episentrinə - Uhan şəhərinə ağır xəstəliklər sahəsində mütəxəssislər – 1230 tibb işçisindən ibarət 6 qrup göndərib. Eynən bu qədər qrup ehtiyat heyətdən təşkil edilib və onlar istənilən vaxt epidemiyaya qarşı mübarizəyə başlamağa hazırdırlar. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) həkim briqadaları təyyarələrlə Uhan şəhərinə göndərilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün yanvarın 23-də Uhan ilə nəqliyyat əlaqəsi kəsilib. Yanvarın 26-da nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub. Tibbi heyətə, xəstələrə və çətinliklərlə üzləşən yerli sakinlərə pulsuz xidmət göstərmək üçün şəhərə 6 min taksi cəlb olunub. Bir neçə gün ərzində Uhanda Çin sürəti ilə 2 mindən çox çarpayılıq 2 yeni təcili yardım xəstəxanası inşa edilib. Si Cinpinin fərmanı ilə 1400-dən çox hərbi həkim bu xəstəxanalarda işləmək üçün fevralın 3-də Uhana gəlib. ÇXAO Hərbi Hava Qüvvələrinin səkkiz nəqliyyat təyyarəsi Uhana tibbi ləvazimat gətirib. Bütün şəhər xəstəxanalarında hərarəti yüksək olan pasiyentlər üçün qəbul fasiləsiz rejimdə işləyir. Xəstəxanalar müalicəyə ehtiyacı olan bütün insanları qəbul edir”.
Li Cinsonq vurğulayıb ki, Çin hökuməti epidemiya başlanan andan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərini üstələyən ən ciddi kompleks tədbirlər görüb. Eyni zamanda, Çin epidemiyanın vəziyyəti barədə dünyanı tam məsuliyyət hissi ilə açıq, şəffaf şəkildə və vaxtında məlumatlandırır. ÜST və dünyanın bir çox ölkələri bunu yüksək qiymətləndirirlər. ÜST-nin baş direktoru Tedros Gebreyesus deyib ki, Çində virus çox sürətlə aşkar edilib, vaxtında və şəffaf informasiya mübadiləsi aparılıb, dərhal və səmərəli tədbirlər görülüb ki, bu da epidemiyanın başqa ölkələrə yayılmasının qarşısını alıb. Çin hökuməti epidemiyaya qarşı mübarizənin gedişində beynəlxalq əməkdaşlığa açıq, şəffaf və fəal olduğunu parlaq nümayiş etdirib. Çin ÜST ilə sıx əməkdaşlıq edir. Tedros Gebreyesus və ÜST mütəxəssisləri Uhanda olublar, profilaktik tədbirlər və epidemiyaya nəzarətlə bağlı Çin tərəfi ilə geniş fikir mübadiləsi aparıblar, Çinin xəstəliyə qarşı mübarizədə böyük işlər gördüyünü tam təsdiq edib və onun töhfəsini yüksək qiymətləndiriblər. Tedros Gebreyesus deyib ki, epidemiyanın PHEIC (ictimai səhiyyə sahəsində beynəlxalq dərəcəli fövqəladə vəziyyət) kimi müəyyən edilməsi Çinə qarşı etinasızlıq deyil, daha çox Çinin epidemiyaya qalib gələcəyinə tam əminlik hissidir. Epidemiyaya qarşı mübarizədə Çinin səyləri hörmətə layiqdir və bəyənilməlidir. Bir çox epidemiyaların qarşısının alınması və onlara nəzarət edilməsi üzrə Çin tərəfindən görülən tədbirlər ÜST-nin müvafiq tələblərini üstələyir və bütün ölkələrin epidemiyaların profilaktikası ilə bağlı fəaliyyəti üçün yeni meyarlar yaradır. Tedros Gebreyesus onu da vurğulayıb ki, ÜST Çinə səfərlərə və Çinlə ticarətə qadağaları dəstəkləmir, əksinə, onlara qarşı çıxış edir. Çin qlobal və regional ictimai səhiyyənin təhlükəsizliyinin təmin edilməsi üçün ÜST və digər ölkələrlə birgə səylər göstərməyə hazırdır.
Çinin müvəqqəti işlər vəkili fikrini bu sözlərlə tamamlayıb: “Biz epidemiyaya qalib gələ biləcəyimizə tam əminik”.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova