Valyuta.com

Gəncədə stomatoloqlar üçün səyyar kurs

Gəncədə stomatoloqlar üçün səyyar kurs

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası tərəfindən Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncə Şəhər Səhiyyə İdarəsində stomatoloqlar üçün səyyar kurs təşkil edilib. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, yaxın bölgələrdən olan həkim-stomatoloqlar da iştirak ediblər.
Müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etmək, onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan dərslərdə stomatoloji xəstələrdə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri haqqında ictimai məlumatlılığı artırmaq, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı qarşıya çıxan problemləri həll etmək yolları da araşdırılıb.
Səyyar kursda dərsləri ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları dosent Cavid Əhmədbəyli və dosent Rahim Qarayev aparıblar.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova