Valyuta.com

Türkiyədə propofol tərkibli “Dormofol” dərman vasitəsi geri çağırılıb

Türkiyədə propofol tərkibli “Dormofol” dərman vasitəsi geri çağırılıb

Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra həyatını itirməsi Türkiyə Səhiyyə Nazirliyində ciddi narahatlığa səbəb olub və ölkənin Dərman və Tibbi Cihaz Qurumu propofol tərkibli “Dormofol” 1 faizli intravenoz inyeksiya və “Dormofol” 2 faizli intravenoz inyeksiya dərman vasitəsini geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyəti şübhə doğurur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Nazirlikdən onu da bildiriblər ki, propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova