Valyuta.com

ATU-nun tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

ATU-nun tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

Əsas fəaliyyət istiqamətlərini elektronlaşdıran Azərbaycan Tibb Universiteti (ATU) daha bir mühüm dəyişikliyə imza atıb. Belə ki, universitet tələbələrinin imtahandan topladığı nəticəni öyrənməyə imkan verən vahid elektron baza – Tələbə Məlumat Sistemi istifadəyə verilib.
Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rəmzi Əliyevin bildirdiyinə görə, belə bir bazanın yaradılması üçün bir müddətdir işlər görülürdü: “Artıq results.amu.edu.az ünvanında Tələbə Məlumat elektron resursu istifadəyə verilib. Universitetin hər bir tələbəsi özünəməxsus nömrə və ya imtahan kodu ilə sistemə daxil olaraq, imtahandan öncə ballarını və imtahandan sonra əldə etdiyi nəticəni öyrənə bilər”.
R.Əliyevin sözlərinə görə, 2019-2020-ci il payız semestrindən başlayaraq, Tibb Universitetinin yuxarı kurs tələbələri həmin resursdan yararlana bilərlər. Həmin resursun yaradılması tələbələri əlavə vaxt itkisindən azad edir. Onların dekanlığa üz tutaraq hansısa məlumatı öyrənməsinə ehtiyac qalmır. Bu, bütövlükdə imtahan prosesinin daha da şəffaflaşdırılması, tələbə-müəllim ünsiyyətinin minimuma endirilməsi istiqamətində aparılan işlərə töhfədir.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova