Valyuta.com

Hərbi tibb fakültəsinə qəbul qaydaları açıqlanıb

Hərbi tibb fakültəsinə qəbul qaydaları açıqlanıb

Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə hərbi həkim işi və hərbi feldşer işi ixtisasları üzrə 2020-2021-ci tədris ili üçün qəbul qaydalarını açıqlayıb.
Bildirilir ki, hərbi həkim işi ixtisası üzrə tədris Azərbaycan dilində, altı il olmaqla əyani aparılır. Bu ixtisasa sentyabrın 15-dək 16 yaşı tamam olan, 23 yaşadək, ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Tədrisi Azərbaycan dilində iki il olmaqla əyani aparılan hərbi feldşer işi ixtisasına isə cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, sentyabrın 15-dək 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan, habelə 23 yaşınadək hərbi vəzifəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hər iki ixtisas üzrə qəbul olmaq istəyən namizədlər 2020-ci il aprelin 1-dən 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Namizədlər hər hansı səbəbdən Hərbi tibb fakültəsində təhsil almaqdan imtina etdikləri halda Azərbaycan Tibb Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
Hərbi tibb fakültəsində təhsil almaq istəyənlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Naxçıvan Muxtar Respublikasında yaşayanların hərbi həkim komissiyasında müayinələri Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunur. Hərbi həkim komissiyasının müvafiq yoxlamalarından müvəffəqiyyətlə keçənlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Hərbi həkim işi ixtisası üzrə namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə IV ixtisas qrupunun (biologiya, kimya, fizika) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında bu ixtisasa qəbul edilən şəxslər dördüncü kursadək Azərbaycan Tibb Universitetində, son iki ili isə hərbi andı qəbul edərək Hərbi tibb fakültəsində təhsil alır və bütün növ təminatlarla təmin edilirlər. Onlar dördüncü kursadək ayda 75 manat, son iki ili isə ayda 181 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Hərbi feldşer işi ixtisası üzrə qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə Azərbaycan dilində, Azərbaycan dili və kimya fənləri üzrə aparılır. Bu ixtisas üzrə Hərbi tibb fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 manat məbləğində müavinət alırlar.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseydə təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə məlumat veriləcək.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova