Valyuta.com

Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü

Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü

Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir.
Həmin günün 1953-cü ildə təsis edilməsi bütün həyatını bu qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində mümkün olub. Belə bir günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.
Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Bu bakterial infeksiya nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Cüzamın vərəm çöplərinə çox oxşayan törədicisi həmin toxumalarda xarakterik iltihab ocaqları – qranulomalar (onlara leproma deyilir) əmələ gətirir. Bu xəstəliyi bəzən lepra və ya Hanzen xəstəliyi də adlandırırlar.
Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir. Onun haqqında məlumatlara eramızdan əvvəl XV-X əsrlərə aid olan qədim yazılı abidələrdə rast gəlinir. Tibb elminin müasir uğurları sayəsində dünyada 14 milyon insan bu qorxunc xəstəlikdən xilas olub. Cəsarətlə söyləmək olar ki, dünyanın təxminən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Lakin isti yerlərdə daha çox yayılan bu xəstəlik Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində ciddi problem olaraq qalır. İnfeksiya hava-damcı vasitəsilə yoluxur. Mütəxəssislər bildirirlər ki, cüzam xəstəliyi səbəbindən vəfat edənlərin nəşləri yandırılmalıdır. Çünki cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilir.
Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.
Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Səbinə Əhmədova məlumat verib ki, cüzamın vərəmə oxşar tuberkuloid tipi xoşxassəlidir. Lepromatoz tip daha ağır formadır. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama oxşayır: “Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib. Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olan formadan əziyyət çəkirlər”.
Mütəxəssis bildirib ki, cüzam daha çox immuniteti zəif olan insanlarda rast gəlinir: “Bruselyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir. Bu xəstəlik bakterial infeksiya olduğuna görə, uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir”. Həkim-dermatoveneroloq onu da qeyd edib ki, ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova